Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 4 Sentyabr 2023 07:08
Türkiyənin qadınlardan ibarət milli komandası voleybol üzrə Avropa çempionatının final oyununda Serbiya komandasını məğlub edərək ilk dəfə turnirin qalibi olub.
Sonxeber.net report-a istinadən xəbər verir ki, qarşılaşma Belçikanın paytaxtı Brüsseldə baş tutub.
Oyun 3-2 (25:27, 25:21, 22:25, 25:22, 15:13) hesabı ilə Türkiyə komandasının xeyrinə başa çatıb. Bürünc medalları üçüncü yer uğrunda görüşdə italyanları məğlub edən Niderland yığması qazanıb - 3:0 (25:23, 28:26, 25:20).
Serbiya və Türkiyə yığmaları Avropa çempionatının finalında ikinci dəfə üz-üzə gəlib. 2019-cu ildə serbiyalılar üstün olublar. Serbiya millisi üç dəfə Avropa çempionu olub.
Avropa çempionatı Belçika, Almaniya, İtaliya və Estoniyada keçirilib. Turnirdə 24 komanda iştirak edib.