Tarix: 29 Oktyabr 2019 20:04
UEFA Bolqarıstan Futbol İttifaqını cəzalandırıb.
Qol.az qurumun saytına istinadən xəbər verir ki, buna Bolqarıstan millisinin Avro-2020-nin seçmə mərhələsində evdə İngiltərəyə uduzduqları görüşdə (0:6) yerli azarkeşlərin irqçi davranışları səbəb olub.
Fanatların bu hərəkətinə görə yığmaya 2 oyunu boş tribunalar qarşısında keçirmək cəzası verilib.
Bu oyunlardan biri şərtidir. Qarşıdakı 5 il ərzində bolqar fanatlar yenə irqçilik nümayiş etdirsələr, həmin şərti cəza da tədbiq olunacaq.
UEFA baş verənlərlə əlaqədar Bolqarıstan Futbol Federasiyasını 75 min avro cərimə də edib.