Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 5 Sentyabr 2023 17:16
"Qadın, yaşam, azadlıq" hərəkatının ildönümünə sayılı günlər qalıb. Rejim isə bütün gücü ilə insanlar arasında qorxu və ümidsizliyi yaymağa çalışır. Məsələn, siyasi məhbus Cavad Ruhinin rejim tərəfindən həbsxanada, özü də 2022-ci ilin sentyabr ayında başlayan kütləvi etirazların ildönümü ərəfəsində öldürülməsi insanların canına qorxu və vəsvəsə salmaq cəhdindən başqa bir şey deyil.
Sonxeber.net axar.az-a istinadən bildirir ki, rejim hazırda hər yola əl atır ki, yeni kütləvi aksiyaların, hər hansı bir inqilabi hərəkatın qarşısını alsın. Buna görə də qorxu hissini yaymaqla yanaşı, müxtəlif yollarla toplumu inqilabın mümkünsüzlüyünə inandırmağa çalışır. Halbuki, rejim üçün reform şansı çoxdan bitib. Böhranla dolu mövcud şəraitdə isə sistemin uzun müddət davam gətirə biləcəyi reallıqdan tamamilə uzaqdır.
İran İslam Respublikası 40 ildən artıq zor gücünə mövcudluğunu saxlamağı bacarsa da, xatırlatmaq lazımdır ki, daha güclü və bəlli bir disiplinə malik olan hökumətlər inqilab nəticəsində tarixə qovuşub.
Bu gün İran üçün inqilab qaçılmazdır. Yolun çətinliyinə və yoruculuğuna baxmayaraq, buna inananlar bu yolda sarsılmadan və ümidsizliyə qapılmadan addımlayacaqlar.
Bugünkü yeni nəsilə inanıram; onlar müəyyən çətinlikləri yaşamış, azadlığı hiss etmiş və aydın bir gələcəyin hansı yolla əldə ediləcəyini dərk etmiş nəsildirlər. Bütün bu eniş və qalxışlara baxmayaraq yolun sonu görünür. Bu sonun adı isə məlumdur - İnqilab!