Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Ermənilərin uzun illər baxımsız şəraitdə saxladığı şir vətəninə göndərildi - VİDEO

Ermənilərin uzun illər baxımsız şəraitdə saxladığı şir vətəninə göndərildi - VİDEO

Tarix: 5 Sentyabr 2023 20:00

Ermənilərin uzun illər boyu qəfəsdə təcrid olunmuş şəkildə və baxımsız şəraitdə saxladıqları Ruben adlı şir vətəni olan Cənubi Afrikaya göndərilib.

Milli.Az Day.Az-a istinadən xəbər verir ki, şir Böyük Britaniyada yerləşən "Animal Defenders International" (Beynəlxalq Heyvan Müdafiəçiləri Təşkilatı) xeyriyyə təşkilatı tərəfindən xilas edilib və "Qatar Airlines" hava yollarının köməyilə vətəni olan Cənubi Afrikaya yola salınıb.

Qeyd olunub ki, 15 yaşlı Ruben uzun illər erməni işğalı altında olan Azərbaycanın Ağdərə rayonundakı zooparkda dünyaya gəlib. Zoopark erməni iş adamlarından birinə məxsus olub. Onun ölümündən sonra şir təqribən 6 il ərzində ermənilər tərəfindən baxımsız şəraitdə və tək saxlanılıb.

Milli.Az


Etiketlər:  Ermənilərin uzun illər baxımsız şəraitdə saxladığı şir vətəninə göndərildi VİDEO


RƏYLƏR