Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Bədəni siqaret qalığından təmizləyən 4 VASİTƏ

Bədəni siqaret qalığından təmizləyən 4 VASİTƏ

Tarix: 5 Sentyabr 2023 23:39

Orqanizmi tütün qalığı nikotindən təmizləyən 3 super qida var.

Sonxeber.net "Medicina"ya istinadən xəbər verir ki, dietoloq Mariya Kapralova intoksikantlarla - alkoqol, dərman, nikotinlə ən yaxşı mübarizə vasitələrini açıqlayıb.

"Bunlar nar, limon, zəncəfil və brokkolidir. Onlar qanın keyfiyyətini yaxşılaşdırır və ümumilikdə qan dövranını tənzimləyir. Alkoqol içənlər, siqaret çəkənlər, qaraciyəri dərmanla yüklənənlər, eləcə də bunları tərgidənlər orqanizmə dəstək üçün bu qidaları qəbul etməlidir. Nar qanda eritrositlərin miqdarını artırır. Limon V vitamini ilə zəngindir. Zəncəfil siqaretə istəyi azaldır.
Bütün kələm növləri bədəni təmizləyir, amma brokkoli ümumilikdə maddələr mübadiləsi proseslərini tənzimləyir.

Nikotin neyrotoksiki zəhərdir, neyron və sinir hüceyrələrinin ölümünə səbəb olur. Nikotindən asılılıq narkotik kimidir.
Bədənin nikotinlə zəhərlənməsinin əlamətləri:

- Ürəkbulanma, qusma
- Qarında ağrı
- Tərləmə
- Ağızdan su axma
- Qıcolmalar, huşun dumanlanması, əsəbilik
- Baş ağrıları
- İştahın artması
- Daim tütün iyləmə, siqaret çəkmə istəyi


Etiketlər:  Bədəni siqaret qalığından təmizləyən VASİTƏ


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ