Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 6 Sentyabr 2023 22:48
Səudiyyə Ərəbistanının "Əl-Nasr" klubunun futbolçusu Kriştianu Ronaldo 2026-cı ildə ABŞ-da keçiriləcək dünya çempionatında iştirak edib-etməyəcəyinə aydınlıq gətirib.
Sonxeber.net lent.az-a istinadən bildirir ki, bu barədə "Cabine Desportiva" məlumat yayıb.
O bu barədə hələ bir şey deyə bilməyəcəyini bildirib.
"Son iki il ərzində mən fərqli düşünməyə başladım. Bu günü yaşamalı olduğumuzu düşündürdü. Artıq uzunmüddətli perspektiv haqqında düşünə bilmirəm", - Ronaldo bildirib.
Avqustun 29-da Ronaldo milli liqalarda qolların sayına görə daha bir dünya rekorda imza atıb. O, Səudiyyə Ərəbistanı çempionatında "Əl-Şəbab"a qarşı matçda iki dəfə fərqlənərək milli liqalarda 516 və 517-ci qolları vurub.