Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 8 Sentyabr 2023 18:10
Myanmanın keçmiş baş naziri, Nobel sülh mükafatı laureatı, 78 yaşlı Aun San Su Çji yenidən həbs edilib.
Sonxeber.net oxu.az-a istinadən bildirir ki, onun səhhəti pisləşib. Eks-baş nazirin həkimə getməsinə icazə verilməyib.
Xatırladaq ki, avqustun 1-də Myanmanın Dövlət İnzibati Şurasının ölkənin keçmiş dövlət müşaviri Aun San Su Çjini əfv etdiyi barədə məlumat yayılıb. O, 2022-ci ilin sentyabrında Myanma Hərbi Məhkəməsi tərəfindən seçki saxtakarlığı ittihamı ilə üç il müddətinə azadlıqdan məhrum edilib.
Myanmanın demokratik rəhbərliyi 2021-ci il fevralın 1-də hərbi çevrilişlə devrilib. Hərbçilərin iddia etdiyi kimi, buna səbəb 2020-ci ilin noyabrında keçirilən seçkidə irimiqyaslı saxtakarlığın olmasıdır.