Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 10 Sentyabr 2023 21:06
Mərakeşdə zəlzələdə ölənlərin sayı 2122 nəfərə çatıb.
Sonxeber.net xəbər verir ki, bu barədə "Al Jazeera" məlumat yayıb.
Qeyd olunub ki, yaralı sayı 2400 nəfərdir
Fəlakət zonasında axtarış-xilasetmə işləri davam etdirilir.
-------
09:33
Mərakeşdə zəlzələ nəticəsində ölənlərin sayı 2012-yə çatıb.
Sonxeber.net xəbər verir ki, bu barədə ölkənin Daxili İşlər Nazirliyi məlumat yayıb.
Bildirilib ki, təbii fəlakət zamanı 2 059 nəfər yaralanıb. Qeyd olunub ki, yaralılardan 1 404-nün vəziyyəti ağırdır.
Xatırladaq ki, Mərakeş Milli Geofizika İnstitutundan verilən açıqlamaya görə, 7 maqnitudalı zəlzələ cümə günü yerli vaxtla saat 23:11-də (Bakı vaxtı ilə sentyabrın 8-də saat 02:11-də) baş verib. Zəlzələnin episentri Mərakeş-Safi bölgəsinə daxil olan Əl-Hauz əyalətində yerləşən İgil bölgəsində olub, yeraltı təkanların ocağı 8 km dərinlikdə yerləşib.
-----------
21:53
Mərakeşdə güclü zəlzələ nəticəsində ölənlərin sayı 1 305 nəfərə çatıb.
Təbii fəlakət zamanı azı 1832 nəfər yaralanıb.
-------
11:00
Mərakeşdə zəlzələdə ölənlərin sayı 632-yə çatıb.
APA xəbər verir ki, bu barədə "Reuters" məlumat yayıb.
Zəlzələ nəticəsində 329 nəfər xəsarət alıb.
Qeyd edək ki, sentyabrın 9-na keçən gecə Mərakeşdə 7 maqnitadalı zəlzələ baş verib.
Zəlzələnin episentri Mərakeş şəhərindən 77 km uzaqlıqda, 10 km dərinlikdə olub.
Yeraltı təkanlar şimalda yerləşən paytaxt Rabatdan cənubda yerləşən Sidi-İfni şəhərinə qədər 400 km radiusda hiss olunub.
Mərakeş şəhərində bir neçə yaşayış binası və müxtəlif tikililər uçub.
Dağıntılar altında qalanlar var. Ölü sayının artacağı ehtimal edilir.
Axtarış xilasetmə işləri davam etdirilir.
--------
07:00
Mərakeşdə 6,9 bal gücündə zəlzələ olub.
Sonxeber.net dailymail-ə istinadla bildirir ki, 296 nəfərin öldüyü bildirilib.
İlkin məlumata görə 150-dən çox yaralı var.