Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Ermənistana gələn ABŞ hərbçiləri geri qayıtmayacaq - Karauz

Ermənistana gələn ABŞ hərbçiləri geri qayıtmayacaq - Karauz

Tarix: 9 Sentyabr 2023 18:02

Cənubi Qafqazda yeni dövr başlayır. Bundan sonra fərqli hadisələr baş verəcək və vəziyyət daha da gərginləşəcək. Əvvəldən də vəziyyətin dəyişəcəyi ilə bağlı siqnallar vardı. Ermənistanın 44 günlük müharibədə məğlubiyyəti ordu, dövlət və xalqı dərin əzilmişlik böhranına sürüklədi. Ona görə də indi Qərbdə özlərinə qəyyum axtarırlar. 11-20 sentyabr tarixlərində ABŞ-la birlikdə keçiriləcək "Qartal tərəfdaşı 2023" təlimi də bunun təzahürlərindəndir.

Milli.Az axar.az-a istinadən bildirir ki, bu sözləri açıqlamasında Türkiyənin ölkəmizdəki keçmiş hərbi attaşesi, general Yücel Karauz deyib.

General təlimə gələcək ABŞ hərbçilərinin böyük bir qisminin fərqli adlar altında orada qala biləcəyi ehtimalının yüksək olduğunu vurğulayıb:

"Əlbəttə, sözügedən təlimdə əsas məqsəd Rusiyaya siyasi mesaj verməkdir. Ancaq fikrimcə, ABŞ-ın göndərdiyi 85 hərbçinin böyük bir qisminin təlimdən sonra təlim-tədris, təşkilati işlər, hərbi məsləhətçi, müşavir və s. adlar altında Ermənistanda qalma və fəaliyyət göstərmə ehtimalı çox böyükdür. Bu, vəziyyəti daha qarışıq hala gətirəcək, Rusiyanı hiddətləndirəcək və ölkə daxilində hakimiyyət uğrunda mübarizəni qızışdıracaq. Hətta Ermənistanda qalacaq Amerika hərbçilərinin AB-nin oradakı "mülki missiya"sının pərdə arxasında fərqli vəzifələr yerinə yetirən üzvləri ilə birlikdə fəaliyyət göstərəcəyini də təxmin etmək olar. Bütün baş verən hadisələri böyük çərçivədə və hərtərəfli şəkildə görməli, buna görə hazırlığımızı aparmalıyıq. Paşinyan hökumətinin AB missiyasını ölkəyə dəvət etməsini, NATO-nun Avropa İnkişaf Komitəsinin sədri Günter Fehlingerin İrəvanın təşkilata üzvlük təklifini, ABŞ-la birgə keçiriləcək təlimi və digər məsələləri göz önünə aldığımız zaman artıq Qərbin Cənubi Qafqazda Ermənistan üzərindən Rusiyaya qarşı ikinci cəbhə açdığını deyə bilərik".

Milli.Az


Etiketlər:  Ermənistana gələn ABŞ hərbçiləri geri qayıtmayacaq Karauz


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ