Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Depressiyada olub-olmadığını belə yoxla

Depressiyada olub-olmadığını belə yoxla

Tarix: 10 Sentyabr 2023 08:09

İndi depressiyada olmayan az adam var. Depressiya bəzən keçici bir hal olmayıb, ciddi xəstəlikdir.

Milli.Az medicina.az-a istinadən bildirir ki, elmi dərgi olan Medikal Expressdə alimlər depressiyanın ürək ritmi, nəbzlə əlaqəsini sübut edən araşdırma dərc olunub.

Xəstənin depressiv vəziyyətini 24 saat ərzində ürək vurğularının sayı, tezliyini monitorinq etməklə diaqnoz etmək olar.

Tədqiqatda 30 pasiyentin ürək ritmi 4 sutka ərzində izlənilib. Onların yarısı depressiyadan müalicə alırdı. Məlum oldu ki, depressiyada olan xəstələrin ürək vurğusu digərlərindən dəqiqədə 10-15 vurğu çoxdur.

Daha sonra araşdırılb ki, antidepressant qəbul edən xəstələrdə ürək vurğusunun sayı aşağı düşüb.

Dərman qəbul etməyən pasiyentlərdə isə vurğu yüksək qalıb.

Nəticə: depressiv vəziyyət xəstənin ürək ritmi ilə təyin edilə bilər.

Milli.Az


Etiketlər:  Depressiyada olub olmadığını belə yoxla


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ