Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Əgər Paşinyan həqiqətən də sülhdə maraqlıdırsa...'' - İcma bəyanat yaydı

''Əgər Paşinyan həqiqətən də sülhdə maraqlıdırsa...'' - İcma bəyanat yaydı

Tarix: 10 Sentyabr 2023 11:33

Qərbi Azərbaycan İcması beynəlxalq ictimaiyyəti Azərbaycanın Qarabağ bölgəsindəki "seçki" təxribatını kəskin pisləməyə çağırıb.

Bu barədə Milli.Az-a İcmadan bildirilib.

"Son günlər şərti dövlət sərhədinə canlı qüvvə və hərbi texnika cəmləşdirən Ermənistan daha bir təxribata əl atıb. Ermənistanın Azərbaycanın suveren ərazilərində yaratdığı və hələ də dəstəklədiyi qanunsuz rejimin tör-töküntüləri tərəfindən "prezident seçkiləri"nin keçirilməsi bölgədə vəziyyəti daha da gərginləşdirir.

Qərbi Azərbaycan İcması beynəlxalq ictimaiyyəti bu "seçki" təxribatını kəskin şəkildə pisləməyə çağırır.

Bu xüsusda, Ermənistanın baş nazirinin yenə dünya liderlərinə telefon zəngləri, "Azərbaycanla təcili danışıqlara hazırıq" açıqlaması qeyri-səmimidir. Əgər Nikol Paşinyan həqiqətən də sülhdə maraqlıdırsa, onda Ermənistan silahlı qüvvələrinin qalıqları Azərbaycan ərazisindən çıxarılmalı,qeyri-qanuni silahlı dəstələr tərksilah edilməli və qayıdış ilə əlaqədar Qərbi Azərbaycan İcması ilə təmaslara başlanılmalıdır", - İcmadan bildirilib.

Milli.Az


Etiketlər:  Əgər Paşinyan həqiqətən sülhdə maraqlıdırsa İcma bəyanat yaydı


RƏYLƏR