Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 10 Sentyabr 2023 16:54
Braziliya Federativ Respublikasının Prezidenti Luiz İnasio Lula da Silva Ukrayna Prezidenti Vladimir Zelenski və Rusiya Prezidenti Vladimir Putinə danışıqlar masası arxasına oturmağı təklif edib.
Sonxeber.net Axar.az-a istinadən xəbər verir ki, bu barədə "CNN Brasil" məlumat yayıb.
Braziliya lideri hesab edir ki, Ukraynadakı müharibəni müzakirə etmək üçün uyğun yer sentyabrın 19-da keçiriləcək Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyasıdır:
"Müharibəni müzakirə etmək üçün yer var. Sülhü müzakirə etmək üçün yer var. Orada Putin və Zelenskini danışıqlar masasına gətirə bilərsiniz. Hamı müharibənin əleyhinədir".
O əlavə edib ki, Braziliya müharibədə iştirak etməyəcək, lakin sülh danışıqlarında iştirak etmək niyyətindədir.