Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Sabah Xəzər dənizi məsələləri üzrə Yüksək Səviyyəli İşçi Qrupunun iclası keçiriləcək

Sabah Xəzər dənizi məsələləri üzrə Yüksək Səviyyəli İşçi Qrupunun iclası keçiriləcək

Tarix: 10 Sentyabr 2023 22:15

Sentyabrın 11-13-də Türkmənistanın Aşqabad şəhərində Xəzər dənizi məsələləri üzrə Yüksək Səviyyəli İşçi Qrupun altıncı iclası keçiriləcək.

Milli.Az report-a istinadən xəbər verir ki, bu barədə Azərbaycanın Türkmənistandakı səfirliyi məlumat yayıb.

Müzakirələrdə Azərbaycan, İran, Qazaxıstan, Rusiya, Türkmənistan nümayəndə heyətləri iştirak edəcəkdir.

Azərbaycanı iclasda xarici işlər nazirinin müavini Samir Şərifovun rəhbərlik etdiyi nümayəndə heyəti təmsil edəcək.

Milli.Az


Etiketlər:  Sabah Xəzər dənizi məsələləri üzrə Yüksək Səviyyəli İşçi Qrupunun iclası keçiriləcək


RƏYLƏR