Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 11 Sentyabr 2023 00:00
Bu gün tanınmış prodüser Anar Mədətovun ad günüdür.
Sonxeber.net axşam.az-a istinadən bildirir ki, Mədətov bununla bağlı paylaşım edib. Videoda diqqət çəkən isə onun yeni doğulan övladı olub.
Belə ki, tortun üstündə "Ad günün mübarək, ata" sözləri yazılıb. Anar oğluna Tamerlan adını qoyub.
Qeyd edək ki, A.Mədətov Elnurə Mədətova ilə ailəli olub. Cütlük bir neçə il əvvəl qalmaqallı şəkildə boşanıb. Onların Aişə və Mahir adlı iki övladı var. Mahir Mədətov tanınmış futbolçudur. Anar ikinci dəfə ailə qurub. Onun bu evlilikdən bir oğul övladı dünyaya gəlib.