Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Bu kənddə yas mərasimində yemək vermək qadağan edildi

Bu kənddə yas mərasimində yemək vermək qadağan edildi

Tarix: 11 Sentyabr 2023 17:36

Naxçıvan MR Şərur rayonu Mahmudkənd kəndinin əhalisinin birgə qərarı ilə yas mərasimlərində ehsan verilməsi qadağan edilib.

Sonxeber.net qafqazinfoya istinadla bildirir ki, 10 sentyabr tarixindən etibarən kənd ərazisindəki 3, 7 və 40 mərasimlərində ehsan verilməyəcək. Əvəzində isə başsağlığına gələnlər üçün yalnız çay süfrəsi açılacaq.

Həmçinin xüsusi vurğulanıb ki, hər hansı kənd sakini bu qaydanı pozarsa, həmin şəxsin keçirdiyi yasda sakinlər iştirak etməyəcək.

Qeyd edək ki, kənd ağsaqqallarının iştirakı ilə keçirilən yığıncaqda qəbul edilən qərar kəndin sosial şəbəkə səhifələrində paylaşılıb.


Etiketlər:  kənddə mərasimində yemək vermək qadağan edildi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ