Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Azərbaycan bayrağını öpən türk polis mükafatlandırıldı - VİDEO - FOTO

Azərbaycan bayrağını öpən türk polis mükafatlandırıldı - VİDEO - FOTO

Tarix: 12 Sentyabr 2023 10:36

AVRO-2024-ün seçmə mərhələsinin V turu çərçivəsində baş tutan Türkiyə - Ermənistan matçından öncə stadiona gələn azarkeşin üzərinə baxış keçirən zamanı Azərbaycan bayrağını görüb onu öpən polis mükafatlandırılıb.

Milli.Az baku.ws-ə istinadən bildirir ki,  türkiyəli polis məmuru Ramazan Şahin göstərdiyi həssaslıq və hörmətə görə Düzce valisi Səlcuq Aslan tərəfindən müvəffəqiyyət sertifikatına layiq görülüb.

S. Aslan Şahinə həssas davranışına görə təşəkkür edib.

Qeyd edək ki, bayrağımızı görən Türkiyə polisi onu bir neçə dəfə öpərək dövlət rəmzinə yüksək ehtiram göstərib. Onun bu addımı ətrafdakılar tərəfindən gurultulu alqışlarla qarşılanıb.

Milli.Az


Etiketlər:  Azərbaycan bayrağını öpən türk polis mükafatlandırıldı VİDEO FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ