Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Azərbaycanlı ərindən boşanan bloqer Nagehan övladları ilə Bakını tərk ETDİ – FOTO

Azərbaycanlı ərindən boşanan bloqer Nagehan övladları ilə Bakını tərk ETDİ – FOTO

Tarix: 15 Sentyabr 2023 09:35

Azərbaycanda yaşayan türkiyəli bloqer Nagehan Abdullayeva Bakını birdəfəlik tərk edib. 

Milli.Az bizim.media-ya istinadən bildirir ki, bu haqda bloqer sosial şəbəkə hesabında məlumat yayıb. 

Həyat yoldaşı Fərid Abdullayevlə boşanan Nagehan uşaqları ilə birgə ata ocağına İstanbula geri döndüyünü açıqlayıb: 

"Sevgili izləyicilerim, hörmətli Azərbaycanım. Fikirlərimi dostlarmın köməkliyi ilə səhvsiz yazmağa çalışacam. İllər əvvəl gözüm gülərək gəldiyim Bakımdan gözüm arxada qala-qala ayrıldım. Həyatımı orada qurmuşdum, mənim şəhərim olmuşdu. Siz də "Türk gəlini" deyə-deyə məni qəbul etmişdiniz. Hər biriniz var olun. Bir neçə gün əvvəl atam Bakıya son əşyalarımı yığmağa gəldi.

Qismət... Bağım demək olar ki, kəsilir. Orada çox dostlarım var, çalışdığım insanlar var. Gəlib, qayıdacam, amma başımı salacaq bir yuvam olmayacaq. Bir qonaq kimi Bakıda olmağım məni incidəcək, amma olsun. Hər şey hamı üçün yaxşı olsun. Çətin günlər keçirirəm, bəzən xoşbəxtliyi oynayıram. Sağlıq olsun! Daha gözəl günlərə doğru... Haqqınızı halal edin".
Qeyd edək ki, cütlük 2017-ci ildə Türkiyənin məşhur evlilik proqramında tanış olub və orada nikah bağlayıblar. Onların bir qız və bir oğlan övladı var. Nagehan Fəridlə bir neçə dəfə ayrılsa da, daha sonra onlar barışıblar. 

Milli.Az


Etiketlər:  Azərbaycanlı ərindən boşanan bloqer Nagehan övladları ilə Bakını tərk ETDİ FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ