Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Qarabağda işləyən bu şəxslər üçün əmək miqrasiyası kvotası ləğv olunur

Qarabağda işləyən bu şəxslər üçün əmək miqrasiyası kvotası ləğv olunur

Tarix: 16 Sentyabr 2023 13:32

2028-ci ilə qədər Azərbaycanda əmək miqrasiyası kvotası Qarabağda işləyən əcnəbilər nəzərə alınmadan müəyyən ediləcək.

Sonxeber.net xəbər verir ki, bu, Nazirlər Kabinetinin "Əmək miqrasiyası kvotasının müəyyən edilməsi Qaydası"nda edilən dəyişiklikdə əksini tapıb.

Qərara əsasən, Azərbaycanda əmək miqrasiyası kvotası müəyyən edilərkən işğaldan azad edilmiş ərazilərində əmək fəaliyyətinə cəlb edilən əcnəbilər nəzərə alınmayacaq.

Xatırladaq ki, bu kvota ölkə ərazisində haqqı ödənilən əmək fəaliyyəti ilə məşğul olmaları nəzərdə tutulan əcnəbilərin sayının son həddidır.

Bu qərar 2023-cü il yanvarın 1-dən tətbiq edilir və 2028-ci il yanvarın 1-nə qədər qüvvədədir.


Etiketlər:  Qarabağda işləyən şəxslər üçün əmək miqrasiyası kvotası ləğv olunur


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ