Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 18 Sentyabr 2023 02:30
54 yaşlı avstraliyalı aktyor Hyu Cekman və onun həyat yoldaşı, 67 yaşlı həmkarı Deborra-Li Ferness 27 illik evlilikdən sonra boşanır.
"Təxminən otuz ili gözəl, sevgi dolu bir evliliklə ər-arvad kimi birlikdə keçirmişik. Yolumuz dəyişir və fərdi inkişafımızı davam etdirmək üçün ayrılmaq qərarına gəlmişik. Ailəmiz bizim üçün əsas prioritet olub və həmişə olacaq. Biz bu növbəti fəsilə minnətdarlıq, sevgi və mehribanlıqla başlayırıq", - cütlüyün birgə bəyanatında deyilir.
Sonxeber.net oxu.az-a istinadən xəbər verir ki, Avstraliyadan ABŞ-yə gələn və yerli kino sənayesində karyera quran aktyorlar 1995-ci ildə Avstraliyanın "Korelli" serialının çəkiliş meydançasında tanış olublar.
Aralarındakı 13 yaş fərqə baxmayaraq, cütlük bir-birini ilk baxışdan sevib və bir il keçməmiş nikah bağlayıb. Onlar 2000-ci ildə Oskar adlı oğlanı, 2005-ci ildə isə Ava adlı qızı övladlığa götürüblər.