Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Ərdoğandan İlon Maska İKİ TƏKLİF

Ərdoğandan İlon Maska İKİ TƏKLİF

Tarix: 18 Sentyabr 2023 08:38

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Nyu-Yorkda "Tesla" kompaniyasının sahibi İlon Maskla görüşüb.

Milli.Az publika.az-a istinadən xəbər verir ki, Prezident Rəcəb Tayyib Ərdoğan "Tesla" və "SpaceX" şirkətlərinin qurucusu İlon Maskı Nyu-Yorkdakı Türk Evində qəbul edib.

Görüş zamanı Prezident sahibkarı Tesla elektromobili istehsal edən yeddinci zavodu Türkiyədə açmağa çağırıb. Türkiyə lideri Ankaranın kosmik proqramı çərçivəsində ölkəsinin "SpaceX" ilə əməkdaşlığının potensial inkişafını vurğulayıb və İlon Maskı sentyabrın sonunda İzmir şəhərində keçiriləcək texnologiya sərgisində iştiraka dəvət edib.

Rəcəb Tayyib Ərdoğanın İlon Maskı Türkiyənin rəqəmsallaşma konsepsiyası və süni intellekt sahəsində milli strategiya haqqında məlumatlandırdığı da bildirilir.

Bu, Türkiyə Prezidenti ilə amerikalı sahibkar arasında ilk görüş deyil. Ötən ilin sonlarında onlar Qətərdə dünya çempionatının final matçı zamanı da görüşmüşdülər.

Milli.Az


Etiketlər:  Ərdoğandan İlon Maska İKİ TƏKLİF


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ