Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Dünyanın ən təhlükəli qadını məlum oldu - Amansızdır

Dünyanın ən təhlükəli qadını məlum oldu - Amansızdır

Tarix: 19 Sentyabr 2023 10:06

ABŞ və digər ölkələr Şimali Koreya İşçi Partiyasının Mərkəzi Komitəsinin departament rəhbərinin müavini, Şimali Koreya lideri Kim Çen Inın bacısı Kim Yo Çjonu layiqincə qiymətləndirməlidirlər.

Sonxeber.net oxu.az-a istinadən xəbər verir ki, Şimali Koreya üzrə ekspert Sun Yun Linin dediyinə görə, ona son dərəcə ciddi yanaşmaq lazımdır.

"Kim Yo Cjon bu günkü gündə həqiqətən də Koreya tarixi boyunca və bəlkə də bütün dünya tarixində dünyanın ən təhlükəli qadınıdır. Onun nisbətən gənc olduğuna baxmayaraq - sentyabrın sonunda 36 yaşı tamam olur - ona çox ciddi yanaşmaq lazımdır", - deyə ekspert izah bildirib.

O əlavə edib ki, Kim Yo Cjon xüsusilə narahatlıq doğurur, çünki o, Kim Çen Inla birlikdə Şimali Koreyanın nüvə arsenalı üzərində gücə malikdir.

Sun Yun Li vurğulayıb ki, KXDR liderinin bacısı iddialı, ağıllı və amansızdır.

"Kim Yo Cjon öz ölkəsinin iyerarxiyasında unikal nüfuzlu mövqe tutur", - deyə ekspert yekunlaşdırıb.


Etiketlər:  Dünyanın təhlükəli qadını məlum oldu Amansızdır


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ