Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Separatçılar təslim olmağın bir addımlığında - Ermənilər yalvarır

Separatçılar təslim olmağın bir addımlığında - Ermənilər yalvarır

Tarix: 20 Sentyabr 2023 12:33

Vəziyyət son iki gündə gərginləşsə də, proses uzun müddətdir davam edir. Separatçılar təslim olmağa yaxındır. Qondarma rejimin "lideri"nin son açıqlaması bunu deməyə əsas verir.

Bir müddət öncə Azərbaycanın humanitar yardımlarını qəbul etməyəcəklərini, Azərbaycan məhsulu gələcəyi halda onu yandıracaqlarını, Azərbaycan çörəyini yeməyəcəklərini bəyan edən, Yevlaxa danışığa gəlməkdən imtina edən separatçılar indi danışıqlar üçün yalvarmağa başlayıblar.

Erməni jurnalist Tatul Akopyan Ermənistan hakimiyyətini və Qarabağdakı separatçıları danışıqlara başlamağa çağırıb.

"Aldığım məlumata görə, Azərbaycan Ordusu müdafiə xəttini yararaq Xocavənd və Əsgəran istiqamətində irəliləməyə başlayıb. Ermənistandakı və Qarabağdakılar, danışıqlara qoşulun və həmvətənlərimizi xilas edin. Qərarları qəbul etməkdən qorxmayın. Azərbaycanla danışıqlara gedin", - Akopyan bildirib. 

Erməni bloger Natali Aleksanyan Qarabağ sakinləri üçün təhlükəsiz dəhlizlərin verilməsi xahişi ilə Azərbaycan prezidentinə müraciət edib:

"Hörmətli cənab Prezident! Sizdən xahiş edirəm ki, Qarabağın günahsız sakinlərinin həyatını mümkün qədər qoruyasınız, uşaqların ölüm və yaralanmasının qarşısını alasınız. Sizdən xahiş edirəm ki, imkan daxilində onların yanğından çıxarılması və canlarının qorunması üçün təhlükəsiz dəhlizlər ayırasınız.

Qarabağdakı qondarma rejim Azərbaycanın təklifini qəbul etməməkdə davam edir. Qondarma rejim bildirir ki, beynəlxalq aktorların reaksiyası adekvat deyil və heç bir əməli addım atılmır.

Separatçıların qondarma "rəhbəri" Samvel Şahramyan qeyd edib ki, "müvafiq addımlar" atmalı olacaqlar. Artıq döyüş sursatları tükənən Ermənistan silahlı qüvvələrinin birləşmələri uzunmüddətli fortifikasiya qurğularını tərk edərək, yaşayış məntəqələrində yenidən tərtiblənir, eyni zamanda, Qarabağ bölgəsindəki dinc əhalini məcburi qaydada silahlandıraraq, döyüş mövqelərinə cəlb etməyə çalışırlar.

Bu açıqlamar onu göstərir ki, separatçılar qərar verməyə yaxındır. Onlar ya silahı yerə qoyub Qarabağdan getmək və ya Azərbaycan vətəndaşlığına keçməklə bağlı bugün qərar verəcək.

Milli.Az


Etiketlər:  Separatçılar təslim olmağın bir addımlığında Ermənilər yalvarır


RƏYLƏR

OXŞAR XƏBƏRLƏR