Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Ermənistan yalnız vəziyyətin qərginləşməsində maraqlıdır

Ermənistan yalnız vəziyyətin qərginləşməsində maraqlıdır

Tarix: 20 Sentyabr 2023 18:54

Antiterror tədbirlərinin həyata keçirilməsi Azərbaycanın suveren hüququdur 44-günlük Vətən müharibəsində əldə edilən Zəfər və Ermənistanın kapitulyasiyası Cənubi Qafqaz regionunda yeni geosiyasi və iqtisadi format yaradıb. Ancaq acı məğlubiyyətdən nəticə çıxarmayan Ermənistan əyani formada nümayiş etdirdi ki, yalnız vəziyyətin qərginləşməsində maraqlıdır.

Təkçə 2022-ci ilin avqustundan başlayaraq, Laçın yolu ilə Ermənistanda 2021-ci ildə istehsal olunmuş 2700 mina və partlayici qurğular ərazimizə daşınmışdır. İkinci Qarabağ müharibəsi başa catandan sonra 300-dən çox vətəndaşımız mina partlayışından zərər çəkib.

Son günlərin hadisələri - Ermənistan silahlı qüvvələrinin cinayətkar dəstələri tərəfindən terror məqsədilə Qarabağ bölgəsində partlayıcı qurğuların yerləşdirilməsi və bunun nəticəsində mülki şəxslərin və polis əməkdaşlarının həlak olması, Azərbaycan Ordusu bölmələrinə qarşı müxtəlif təxribatların törədilməsi, lokal xarakterli antiterror tədbirlərinin həyata keçirilməsini zəruri etmişdir. Bu cür tədbirlərin gerçəkləşdirilməsi Aərbaycanın suveren hüququ olaraq, tamamilə beynəlxalq hüquq normaları çərçivəsindədir. Birləşmiş Millətlər Təşkilatının 8 sentyabr 2006-cı il tarixli "Terrorçuluq əlehinə strategiyasında" tam açıq formada bəyan edilmişdir ki, bu əməl beynəlxalq sülh və təhlükəsizliyə ən ciddi təhdidlərdəndir. Həmçinin qeyd edilmişdir ki, terrorçuluğun metodları və praktikası dövlətlərin ərazi bütövlüyü üçün təhlükə yaradır və beynəlxalq birlik həmin cinayətlə mübarizədə qətiyyətli tədbirlər görməlidir. Beləliklə, dövlətimiz Qarabağda lokal antiterror tədbirlərini həyata keçirərək universal səviyyədə BMT üzvlərinin əsas vəzifələrindən biri kimi terrorçuluqla mübarizə vəzifəsini icra edir.

İlk növbədə qeyd etmək lazımdır ki, lokal antiterror tədbirləri ölkəmizin beynəlxalq hüquqla tanınan ərazisində keçirilir, Qarabağ iqtisadi rayonunda törədilən cinayət əməllərinin qarşısının alınması, ərazimizdən bu günədək çıxmayan, müxtəlif təxribatlar törədən Ermənistan silahlı qüvvələri birləşmələrinin tərksilah edilməsi, bölgədə təhlükəsizliyin təmin edilməsi məqsədini daşıyır. Nəzərə almaq lazımdır ki, regionda davamlı sülhün və təhlükəsizlik rejiminin bərqərar olunması üçün başlıca amil Ermənistan silahlı qüvvələrinin qalıqlarının Qarabağdan tamamilə çıxarılması, qondarma marionet rejiminin və onun cinayətkar silahlı dəstlərinin buraxılmasıdır.

Mühüm məsələlərdən biri də ondan ibarətdir ki, lokal xarakterli antiterror tədbirlərinin əsas hədəfi yalnız legitim hərbi obyektlərdir, mülki əhali və mülki infrastruktur obyektləri hədəfə alınmır. Azərbacanın Qarabağ bölgəsində yaşayan erməni sakinlərinə mobil SMS xidməti vasitəsilə lazımi məlumatlar göndərilmiş, onlara qanunsuz silahlı birləşmələrə dəstək olmamaları haqqında xəbərdarlıq edilmişdir. Azərbaycan tərəfi dəfələrlə bəyan etmişdir ki, erməni sakinlərinin ölkə konstitusiyası və qanunları çərçivəsində bütün hüquq və azadlıqları təmin ediləcək.

Azərbaycan tərəfi dəfələrlə bildirdiyi kimi, Qarabağ iqtisadi rayonunun erməni sakinlərinin bütün hüquq və azadlıqları, onların təhlükəsizliyi Azərbaycan Respublikasının Konstitusiyası və qanunları çərçivəsində təmin ediləcək.

Təəssüf ki, ölkəmiz tərəfindən Ermənistana 2020-ci il 10 noyabr tarixli Üçtərəfli bəyanatın müddəalarının icrasının təmin olunması, onun pozulmasına yol verilməməsi barədə xəbərdarlıq edilməsinə baxmayaraq, erməni tərəfi bu hüquqi razılaşmanı kobud formada pozmaqda davam etmişdir.

Azərbaycanın konstitusiya-hüquq nizamının bütövlükdə ərazimizdə bərpa olunması, hamılıqla tanınan ərazi üstünlüyü prinsipinin qeyd-şərtsiz həyata keçirilməsi tələb edir ki, suveren ərazimizdə ölkə qanunlarından kənarda olan "boz zonalar" ləğv edilsin.

Sonda bir daha xatırlatmaq istərdim ki, beynəlxalq birlik terror aktları ilə mübarizədə qətiyyətli mövqe tutur. BMT-nin 9 dekabr 1994-cü il tarixli "Beynəlxalq terrorçuluğun ləğv edilməsi üzrə tədbirlər haqqında" Qətnaməsində mübaliğəsiz qeyd edilir ki, terror aktlarının törədilməsinə əsas kimi göstərilən siyasi, fəlsəfi, ideoloji, irqi, etnik, dini səbəblərdən asılı olmayaraq, onlar qətiyyətlə pislənılməlidir və bu cür cinayət aktlarına heç bir halda bəraət qazandırıla bilməz.

Nizami Səfərov, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü.


Etiketlər:  Ermənistan yalnız vəziyyətin qərginləşməsində maraqlıdır


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ