Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

UEFA-dan sərt cəza

UEFA-dan sərt cəza

Tarix: 20 Sentyabr 2023 22:00

UEFA İntizam Komitəsi Ukrayna Futbol Assosiasiyasını (UAF) Avropa çempionatının seçmə turnirinin oyunlarında azarkeşlərin irqçi davranışına görə 20 min avro cərimələyib.

Sonxeber.net Matc.az-a istinadən xəbər verir ki, bu barədə yerli mətbuat məlumat yayıb. Bu cəza İngiltərə (1:1) və İtaliya (1:2) komandaları ilə 2024-cü il Avropa çempionatının seçmə oyunlarının nəticələrinə görə verilib. UAF həmçinin stadionda pirotexniki vasitələrdən istifadə etdiyinə görə 5 min avro, ictimai yerləri bağladığına görə isə 8 min avro cərimələnib. Ukrayna millisi cərimələrdən əlavə UEFA-nın himayəsi altında növbəti ev oyununu məhdud sayda tamaşaçı ilə keçirməli olacaq.


Etiketlər:  UEFA sərt cəza


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ