Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Yevlax görüşündə erməni icması bunu istəyəcək…

Yevlax görüşündə erməni icması bunu istəyəcək…

Tarix: 21 Sentyabr 2023 07:51

Yevlaxdakı görüşdə ermənilər bizdən amnistiya məsələsinin həllini də istəyəcəklər.

Milli.Az xəbər verir ki, bu sözləri politoloq Elxan Şahinoğlu sabah Yevlaxda Qarabağın erməni icması ilə keçiriləcək reinteqrasiya müzakirəsi haqda qeyd edib.

"Araik Arutyunyan və onun kimilər, o cümlədən qətliamlarda iştirak edənlər amnistiya oluna bilməz, cinayət işlərinə xitam verilə bilməz, qalanlarının məsələsinə isə baxıla bilər. Bir il əvvəl Moskvadan Xankəndiyə göndərilən Ruben Vardanyan da Qarabağı nə qədər tez tərk etsə, özü üçün yaxşıdır. Ümumiyyətlə, Yevlaxdakı görüşdə Xankəndidə Azərbaycan bayrağının dalğalanmasından, manatın işlənməsindən tutmuş qazın, elektrikin və internetin Azərbaycan qanunları çərçivəsində istifadəsinə qədər bütün məsələlər həll olunmalıdır. Bunlarla razılaşmayan ermənilərə Laçın yolundan ölkəmizi tərk etmək seçimi veriləcək", - politoloq bildirib.

Milli.Az


Etiketlər:  Yevlax görüşündə erməni icması bunu istəyəcək


RƏYLƏR