Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Yevlax görüşündə diqqətçəkən 3 mühüm detal

Yevlax görüşündə diqqətçəkən 3 mühüm detal

Tarix: 21 Sentyabr 2023 15:09

Yevlaxda reinteqrasiya və erməni icmasının təhlükəsizliyi ilə bağlı görüş başladı.

Milli.Az axar.az-a istinadən bildirir ki, görüşün ilk dəqiqələrindən 3 mühüm detal diqqət çəkir.

Birincisi, görüşün keçirildiyi otaqda yalnız Azərbaycan bayrağı və gerbi var;

İkincisi, görüşdə Qarabağın erməni icmasını təmsil edən qondarma "deputat" David Melkumyan və Sergey Martirosyanın pencəyində separaçıların "bayrağı" əks edilmiş yaxa sancağı yoxdur;

Üçüncüsü, görüşdə Rusiya sülhməramlılarını təmsil edən heç kim iştirak etmir.

Bu, rəsmi Bakının görüş zamanı bütün subliminal və siyasi məna ehtiva edəcək detalları nəzərə aldığını və üstünlüyünü göstərdiyini sübut edir.

Milli.Az


Etiketlər:  Yevlax görüşündə diqqətçəkən 3 mühüm detal


RƏYLƏR