Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Mourinyo Emerini əvəzləməyə hazırdır

Mourinyo Emerini əvəzləməyə hazırdır

Tarix: 30 Oktyabr 2019 19:12

"Mançester Yunayted"in sabiq baş məşqçisi Joze Mourinyo "Arsenal"ı çalışdırmağa hazırdır.

Qol.az-ın Britaniya mətbuatına istinadən yaydığı xəbərə görə, portuqaliyalı mütəxəssis London klubunda işləməyə müsbət baxır. Bildirilir ki, klub rəhbərliyi hazırkı baş məşqçi Unai Emerini istefaya göndərəcəyi təqdirdə, Mourinyo "Arsenal"dan gələcək mümkün təklifi dəyərləndirəcək.

Qeyd edək ki, Mourinyo 2018-ci ilin dekabrında "MY"dan ayrıldıqdan sonra məşqçilik karyerasına fasilə verib.

 


Etiketlər:  Mourinyo Emerini əvəzləməyə hazırdır


RƏYLƏR