Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Azərbaycan əhalisinin vergi yükü azaldılacaq - VİDEO

Azərbaycan əhalisinin vergi yükü azaldılacaq - VİDEO

Tarix: 22 Sentyabr 2023 15:04

Əhalinin vergi yükü azaldılacaq.

Milli.Az Xəzər TV-yə istinadən bildirir ki, bu sosial xarakterli güzəştlər vasitəsi ilə mümkün olacaq. Bu barədə İqtisadi Şuranın vergi və gömrük qanunvericiliyi aktlarına təklif olunan dəyişikliklərə həsr olunmuş iclasında bildirilib.

İqtisadçı ekspert Eldəniz Əmirov vergi yükünün azaldılmasının hansı sahələri əhatə edəcəyini şərh edib. Qeyd edib ki, bu addım 2024 cü ildə vergi qanunvericiliyində bir sıra addımların atılmasını özündə ehtiva edir. Hələlik vergi yükünün azaldılmasının əhatə dairəsinin detalları açıqlanmasa da gözlənilən odur ki, sahibkarlıq fəaliyyətinin dəstəklənməsi, həmçinin sahibkarlığın təşviq edilməsi, əhalinin sosial cəhətdən dəstəklənməsi, onların vergi yükünün azaldılması istiqamətində bir sıra yeniliklər ediləcək.

Ekspert qeyd edib ki, vergi güzəştləri vergi daxilolmalarını azaldır. Amma hazırda vergi daxilolmalarının bir mənalı olaraq azaldılması ölkənin büdcə siyasətinə uyğun gəlməyən yanaşma olardı.

Mütəxəssis qeyd edib ki, güzəştləri daha çox əhalinin gəlirlərindən tutulan vergi istiqamətində görə bilərik.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:

Milli.Az


Etiketlər:  Azərbaycan əhalisinin vergi yükü azaldılacaq VİDEO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ