Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 23 Sentyabr 2023 06:30
Model Kira Arsenina Moskvada saxlanılıb.
Sonxeber.net baku.ws-ə istinadən bildirir ki, bu barədə "SHOT" teleqram kanalı məlumat yayıb. Qeyd edilib ki, "Milyonçunun məşuqəsi" İnterpol xətti ilə beynəlxalq axtarışa verilib.
34 yaşlı Arsenina Moldovada oğurluq edəndə tutulub. Cinayət işi 2022-ci ildə başlanılıb. Moldova polisi bildirib ki, şübhəli şəxs istintaqdan qaçıb və o Moskvada saxlanılıb. Azərbaycanda anadan olan Kira
Arsenina Rostova köçüb, sonra isə Moskvada modellik etməyə başlayıb.
Arsenina özü milyonçu sevgilisi hesabına yaşadığını etiraf edib. Hazırda belə bir varlı qadının niyə Moldovadan oğurluq etdiyi müəyyən edilir.