Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Liviyada bir gündə 245 nəfərin cəsədi tapıldı

Liviyada bir gündə 245 nəfərin cəsədi tapıldı

Tarix: 23 Sentyabr 2023 10:26

Liviyada minlərlə insanın həyatına son qoyan sel fəlakətindən sonra Derna şəhərində bir gündə 245 nəfərin cəsədi tapılıb.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə Liviya Milli Birlik Hökumətinə bağlı Təcili Tibbi Yardım və Dəstək Mərkəzinin sözçüsü Malik Mersit jurnalistlərə açıqlaması zamanı bildirib.

Liviya rəsmisi bir çox yerli və beynəlxalq qruplarla əməkdaşlıq etdiklərini və sahil nöqtələrində axtarış işlərinin davam olunduğunu qeyd edib.

Qeyd edək ki, sentyabrın 10-da Mərkəzi Aralıq dənizində təsirli olan və Liviyanın şərqini vuran "Daniel" fırtınası Benqazi, Beyda, Mərc, Suse və Derna şəhərlərində daşqınlara səbəb olub.

Milli.Az


Etiketlər:  Liviyada bir gündə 245 nəfərin cəsədi tapıldı


RƏYLƏR