Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Ərdoğana itki üz verdi - İnfarktdan VƏFAT ETDİ - FOTO

Ərdoğana itki üz verdi - İnfarktdan VƏFAT ETDİ - FOTO

Tarix: 23 Sentyabr 2023 12:48

Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın dayısı oğlu Mehmet Mutlu 64 yaşında vəfat edib.

Milli.Az Sfera.az-a istinadən xəbər verir ki, keçən həftə infarkt keçirən Mutlu Marmara Universiteti Elmi-Tədqiqat Xəstəxanasında müalicə olunub. Dünən evə buraxılan Mutlu evdə yenidən infarkt keçirib. Təcili Ümraniye Dövlət Xəstəxanasına çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb. 

Qeyd edək ki, Prezident Rəcəb Tayyib Ərdoğanın İstanbulda Mutlunun dəfn mərasiminə qatılacağı gözlənilir.

Xatırladaq ki, Mehmet Mutlu Ənənəvi Uşaq Oyunları Federasiyasının prezidenti olub. O, türk dünyası və zəlzələ bölgəsində uşaqlar üçün həyata keçirdiyi fəaliyyətlərlə tanınırdı.

Milli.Az


Etiketlər:  Ərdoğana itki üz verdi İnfarktdan VƏFAT ETDİ FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ