Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Həzmi yaxşılaşdıran 3 meyvə

Həzmi yaxşılaşdıran 3 meyvə

Tarix: 24 Sentyabr 2023 01:51

Həkim Roman Geron həzmi yaxşılaşdıran meyvələri açıqlayıb.

Milli.Az lent.az-a istinadən bildirir ki, həkimin fikrincə, bağırsaqların sağlamlığı və həzm sistemini qorumaq çox vacibdir.

Onun sözlərinə görə, bunun vacib tərəfi balanslaşdırılmış pəhrizdir:

"Bağırsaqlarınıza zərər verən və həzm problemlərinə səbəb olacaq işlənmiş qidalardan qaçmaqla yanaşı, pəhrizinizdə düzgün qidalar da kömək ola bilər. Xüsusilə, banan, alma və çiyələk bağırsaq sağlamlığı üçün çox faydalıdır. Banan həzmi dəstəkləyən probiyotiklərlə zəngindir. Alma bağırsaqdakı faydalı bakteriyaları qidalandıran lif və təbii şəkərlərlə zəngindir. Bu, təkcə həzmi yaxşılaşdırmır, həm də iştahı idarə etməyə kömək edir. Çiyələyin tərkibindəki antioksidanlar iltihabı azaltmağa kömək edir.

Bu 3 meyvə həzm problemlərinin aradan qaldırılmasında böyük rol oynayır".

Milli.Az


Etiketlər:  Həzmi yaxşılaşdıran meyvə


RƏYLƏR

OXŞAR XƏBƏRLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ