Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Erməni sakinləri öz yaşayış yerlərini tərk etməməyə çağırırıq - XİN

Erməni sakinləri öz yaşayış yerlərini tərk etməməyə çağırırıq - XİN

Tarix: 28 Sentyabr 2023 14:27

Azərbaycanın Qarabağ bölgəsində yaşayan erməni sakinlərin gedişinin onların şəxsi və fərdi qərarı olduğu, bunun məcburi yerdəyişmə ilə heç bir əlaqəsi olmadığı Baş nazir Paşinyana yaxşı məlumdur.

Sonxeber.net xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin Ermənistanın baş naziri Nikol Paşinyanın sentyabrın 28-də hökumətin iclasında çıxışı zamanı səsləndirdiyi iddialara dair şərhində deyilir.

"Əgər erməni sakinlərinin hansısa seqmenti Azərbaycan qanunvericiliyi və hakimiyyəti çərçivəsində yaşamaq və ona tabe olmaq istəmirsə, onları buna məcbur edə bilmərik. Bunun əksinə, biz erməni sakinləri öz yaşayış yerlərini tərk etməməyə və multietnik Azərbaycan cəmiyyətinin bir hissəsi olmağa çağırırıq.

Ermənistan, regionda sülhün və təhlükəsizliyin bərqərar olması üçün erməni sakinlərin reinteqrasiya prosesinə maneələri aradan qaldırmalı və hər iki ölkənin ərazi bütövlüyü və suverenliyinə əsaslanan sülh müqaviləsi üzrə danışıqlar prosesinin uğurla başa çatmasına fokuslanmalıdır", - deyə qeyd edilib.


Etiketlər:  Erməni sakinləri yaşayış yerlərini tərk etməməyə çağırırıq XİN


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ