Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 29 Sentyabr 2023 08:16
İran ordusuna məxsus gəmilər ABŞ hərbi helikopterinə qarşı bir neçə dəfə lazer şüası tətbiq edib.
Sonxeber.net axar.az-a istinadən bildirir ki, bu barədə ABŞ Mərkəzi Qüvvələr Komandanlığının (CENTCOM) məlumatında deyilir.
Bildirilib ki, insident Fars körfəzində baş verib:
"İran İslam İnqilabı Keşikçiləri Korpusunun hərbi-dəniz qüvvələri ABŞ-ın AH-1Z Viper zərbə helikopterinə qarşı təhlükəsiz və qeyri-peşəkar şəkildə lazer şüası yönədiblər".
Məlumata görə, helikopter beynəlxalq hava məkanında adi qaydada əməliyyatlar icra edirmiş.
Hadisə nəticəsində helikopterə zərər dəyməyib, xəsarət alan yoxdur.