Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti
Tarix: 29 Sentyabr 2023 10:54
Xəbər verdiyimiz kimi, Azərbaycanın daxili işlər orqanlarının qüvvələri Qarabağ bölgəsinin ən böyük şəhəri olan Xankəndiyə daxil olub.
Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, yayılmış son görüntülərdən birində isə Azərbaycan polisinin Xankəndinin girişində yerləşən "məşhur" abidə "Biz və bizim dağlar"ın önündə keşik çəkməsi əks olunub.
Polis digər hüquq-mühafizə və təhlükəsizlik qurumları ilə birgə ərazidə təhlükəsizlik tədbirlərini gücləndirib.
Qeyd edək ki, bu tikili ermənilər arasında "nənə-baba" abidəsi kimi də tanınıb. Ondan Azərbaycanın Qarabağ bölgəsindəki qondarma qurumun "gerb"ində də "simvol" kimi istifadə edilib.
Milli.Az