Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 30 Sentyabr 2023 10:24
Erməni qatillərin həbsi davam edir: növbədə qondarma rejimin "keçmiş rəhbərləri" - Arkadi Qukasyan, Bako Saakyan, Araik Arutyunyandır; erməni mənbələr onların gizləndiyini yazır, ehtimal olunur ki, Xankəndidən kənardadırlar; sülhməramlıların bazasında olması da istisna edilməməlidir.
Sonxeber.net axar.az-a istinadən bildirir ki, Samvel Şahramanyanın Bakıdan onların Ermənistana keçməsinə şəraitin yaradılması xahişini etdiyi, bu xahişin rədd edildiyi məlumatları da var. Azərbaycan kəşfiyyatının bu şəxslərin hərəkətlərini daim nəzarətdə saxladığı deyilir.
Xocalı qatillərinin, əli qana batmış olanların hamısının tezliklə Ruben Vardanyan kimi başıaşağı, Davit Manukyan kimi üzüdivara dayanacağını gözləyirik.
Bu, Azərbaycanın haqqıdır.