Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 31 Oktyabr 2019 14:21
Bakı. Trend:
2019-cu ilin yanvar-sentyabr aylarında Ələt qəsəbəsində yerləşən yeni Bakı Limanında ümumi yükaşırmanın həcmi 2018-ci ilin müvafiq dövrünə nisbətdə 7,1% artaraq 3,002.5 min ton olub və göstərilən bütün xidmətlər üzrə nəzərə çarpacaq artım qeydə alınıb.
“Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC-dən Trend-ə verilən məlumata görə, ümumi yükaşırmanın 85,3%-i (2,560.3 min ton) tranzit yükaşırmanın payına düşüb.
Keçən ilin müvafiq dövrünə nisbətən iri həcmli nəqliyyat vasitələrinin (TIR-ların) sayı 64% artaraq 24,790 ədəd olub. Belə ki, bunlardan 18,642 ədədi (75,2%) Bakı-Türkmənbaşı-Bakı, 6,148 ədədi isə (24,8%) Bakı-Kurık-Bakı istiqamətində hərəkət edib.
Konteynerlərin aşırılmasında 43,5% artım müşahidə olunub. Belə ki, 2019-cu ilin 9 ayı ərzində 24,305 ədəd konteyner (TEU ekvivalentində) aşırılıb (2018-ci ildə 16,940 TEU olub). Çin Xalq Respublikasından gələn konteynerlərin sayı isə 90% artaraq 2,610 ədəd təşkil edib.
Bərə terminalında vaqon aşırılması 12% artaraq 35,510 ədədə çatmış və keçən ilin müvafiq dövründə isə say 31,688 ədəd vaqon olub. Bunlardan 16,039 vaqon (45,2%) Bakı-Kurık-Bakı istiqamətində, 19,429 (54,7%) Bakı-Türkmənbaşı-Bakı istiqamətində, 42 vaqon (0,1%) isə Bakı-Aktau-Bakı istiqamətində hərəkət edib.
9 ay ərzində 34,425 sərnişin yeni Bakı Limanının xidmətlərindən istifadə edib.
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin