Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Lavrov: “Qarabağdan çıxmaq istəyən insanları saxlaya bilmərik”

Lavrov: “Qarabağdan çıxmaq istəyən insanları saxlaya bilmərik”

Tarix: 2 Oktyabr 2023 22:21

Qarabağdakı vəziyyətlə bağlı Rusiya sülhməramlıları əllərindən gələni edirlər.

Milli.Az APA-ya istinadən bildirir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov deyib.

"Biz Qarabağdan Rusiyaya getmək istəyən insanların qarşısını ala bilmərik. Biz azərbaycanlı həmkarlarımızla Qarabağda vəziyyəti sabitləşdirmək, orada etimadı gücləndirmək, normal həyatın bərpasını, ermənilərlə azərbaycanlıların ümumi yaşayışı üçün şərait yaradılması üçün çalışırıq", - deyə Lavrov bildirib.

Rusiyanın baş diplomatı ümid edir ki, İrəvan da bu məsələdə maraqlı olar və bunun üçün səy göstərər.

Milli.Az


Etiketlər:  Lavrov Qarabağdan çıxmaq istəyən insanları saxlaya bilmərik


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ