Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 3 Oktyabr 2023 11:42
"Artsaxın" Milli Təhlükəsizlik Xidmətinin rəhbəri, general-mayor Ararat Melkumyanın həbsi ilə bağlı məlumat həqiqətə uyğun deyil.
Sonxeber.net xəbər verir ki, bu barədə musavat.com-a məlumatlı mənbə bildirib.
"Bir şeyi deyə bilərəm, o, həbs olunmayıb, qalan təfərrüatların indi dərc olunmasına ehtiyac yoxdur", - məlumatda qeyd olunub.
--------
09:11
Həkəri körpüsünün yaxınlığında azərbaycanlılar "Qarabağın Milli Təhlükəsizlik Xidmətinin direktoru" Ararat Melkumyanı həbs ediblər
Sonxeber.net xəbər verir ki, Melkumyan Azərbaycanın Qarabağ bölgəsində ləğv edilmiş xuntanın qondarma "təhlükəsizlik xidmətinin rəhbəri" olub. O, bundan əvvəl Ermənistan Silahlı Qüvvələrinin birinci ordu korpusunun komandiri və Ermənistan Silahlı Qüvvələrinin Azərbaycanın Cəbrayıl rayonundakı işğalçı qüvvələrinin IX müdafiə rayonunun komandiri olub.
Ararat Melkumyan general-mayor hərbi rütbəsinə malikdir.
Hazırda bu məlumatın rəsmi təsdiqi yoxdur.