Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Məşhur aktyor seksual qısnamada ittiham etdilir - Dostunun qızı...

Məşhur aktyor seksual qısnamada ittiham etdilir - Dostunun qızı...

Tarix: 3 Oktyabr 2023 19:40

13 qadın tərəfindən seksual qısnamada günahlandırılan "Qızıl Qlobus" mükafatlı fransız aktyor Jerar Depardye susqunluğunu pozub. 

Milli.Az olay-a istinadən bildirir ki, aktyor bununla bağlı açıqlama edib və linç kampaniyasının qurbanı olduğunu bildirib.

Baş verənlərdən sonra Jerar Depardyenin vəkili onun iddiaları təkzib etdiyini bildirib. Parisin baş prokuroru istintaqın davam etdiyini vurğulayıb. 

"Mən heç vaxt, heç bir qadına sataşmamışam"-deyə aktyor vurğulayıb.

J.Depardyeni təcavüzdə günahlandıranlardan birinin vəkili isə  qadının Depardyeni tanıdığı üçün onun evinə getdiyini bildirib: "Qadın Jerar Depardyenin çoxdankı dostunun qızıdır. O, körpə ikən Jerar Depardye onu dizinin üstündə saxlayıb. Ona görə də ona qarşı atalıq etimadı var idi. Dəvət etdi. Necə olduğunu öyrənmək üçün evinə getdi və bu şərtlər altında 10 dəqiqə sonra həmin hadisə baş verdi".  

Milli.Az


Etiketlər:  Məşhur aktyor seksual qısnamada ittiham etdilir Dostunun qızı


RƏYLƏR