Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Britaniya xaricdəki həbsxanaları icarəyə götürəcək

Britaniya xaricdəki həbsxanaları icarəyə götürəcək

Tarix: 4 Oktyabr 2023 09:46

Böyük Britaniya həbsxanalarında yer çatışmazlığı səbəbindən ölkə rəhbərliyi həbsxanaları xaricdə icarəyə götürmək imkanını nəzərdən keçirməyi planlaşdırır.

Sonxeber.net report-a istinadən xəbər verir ki, bunu Britaniyanın ədliyyə naziri Aleks Çok Mühafizəkarlar Partiyasının qurultayında deyib.

Onun sözlərinə görə, Ədliyyə Nazirliyi ölkədə mövcud həbsxanaları genişləndirir, təmir edir və minlərlə yeni işçi işə götürür. Bununla yanaşı, nazir vurğulayıb ki, hakimiyyət Norveç nümunəsini nəzərdən keçirmək, xaricdə həbsxanaların icarəyə götürülməsi imkanlarını araşdırmaq niyyətindədir.


Etiketlər:  Britaniya xaricdəki həbsxanaları icarəyə götürəcək


RƏYLƏR