Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

"Bu fotonu paylaşmaq diplomatik xətadır, silinməlidir!"

Tarix: 4 Oktyabr 2023 18:32

Fransa xarici işlər naziri Katrin Kolonnanın Ermənistana səfəri çərçivəsində "X" sosial şəbəkəsində Ağrı dağının rəsmini istifadə etməsi böyük bir səhvdir.

Milli.Az APA-ya istinadən bildirir ki, bu barədə Türkiyənin Ədalət və İnkişaf Partiyasının (AKP) sözçüsü Ömər Çelik mətbuat konfransı zamanı bildirib.

O qeyd edib ki, bu, çarəsizlik, Azərbaycanın Qarabağı azad etməsindən narahat olmanın göstəricisidir: "O paylaşım silinməlidir! Ağrı dağının rəsminin bu şəkildə istifadə olunması böyük diplomatik xətadır".

Milli.Az


Etiketlər:  Bu fotonu paylaşmaq diplomatik xətadır silinməlidir


RƏYLƏR