Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Ermənistanda koronavirusa yoluxma kəskin artdı

Ermənistanda koronavirusa yoluxma kəskin artdı

Tarix: 4 Oktyabr 2023 22:32

Ermənistanda koronavirusa yoluxanların sayında kəskin artım qeydə alınıb.

Milli.Az report-a istinadən xəbər verir ki, bu barədə Ermənistanın Xəstəliklərə Nəzarət və Profilaktika üzrə Milli Mərkəzi məlumat yayıb.

Belə ki, son 7 gündə Ermənistanda 217 COVID-19 hadisəsi qeydə alınıb və bu, ötən həftə ilə müqayisədə 95 hal və ya 43,7% artım olduğunu göstərir.

Qeyd edilir ki, hazırda SARS-CoV-2 ştamının BA.2.86 (Pirola), EG.5 (Eris), XBB.1.5 (Kraken), Xbb.2.3 (Akruks) subvariantları dolaşmaqdadır.

Milli.Az


Etiketlər:  Ermənistanda koronavirusa yoluxma kəskin artdı


RƏYLƏR