Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Fransa müstəmləkə siyasətinə son qoymalıdır - VİDEO

Fransa müstəmləkə siyasətinə son qoymalıdır - VİDEO

Tarix: 5 Oktyabr 2023 13:06

"Fransa 1966-1974-cü illərdə 200-ə yaxın nüvə sınağının vurduğu zərərin maddi, ekoloji və sosial baxımdan kompensasiyası prosesinə hələ də başlamayıb".

Sonxeber.net report-a istinadən xəbər verir ki, bunu Qoşulmama Hərəkatının (QH) Əlaqələndirmə Bürosunun nəzdində fəaliyyət göstərən Fransa müstəmləkəçiliyinə qarşı Bakı Təşəbbüs Qrupu İdarə Heyətinin üzvü Ella Tokoraqi BMT-də çıxışında deyib.

O qeyd edib ki, Fransanın bu mövqeyi onun müstəmləkəçilik siyasətini davam etdirməsini göstərir: "Üstəlik, bu, dekolonizasiyaya dair qərar qəbul edilməsinə baxmayaraq, Fransa hakimiyyətinin buna hörmət etməməsinin sübutudur".

"Fransa ədaləti bərqərar edəcəyi və təzminat prosesinə başlayacağı təqdirdə bu ölkəni bağışlayacağıq", - E.Tokoraqi əlavə edib.

"Biz Fransanı ədalətli mövqe tutmaq və ölkəmizin gələcəyi ilə bağlı vicdanlı dialoqda məsuliyyəti öz üzərinə götürməklə bağlı çağırışımızı bir daha bildirmək istəyirik", - Bakı Təşəbbüs Qrupu İdarə Heyətinin üzvü vurğulayıb.

O xatırladıb ki, Fransa prezidenti Emmanuel Makron seçki kampaniyası zamanı müstəmləkəçilik siyasətini insanlığa qarşı cinayət adlandırıb: "Əlbəttə ki, bu, belədir".


Etiketlər:  Fransa müstəmləkə siyasətinə qoymalıdır VİDEO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ