Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Qarnı ağrıyan futbolçu tualetə getdi, meydana qayıtmadı

Qarnı ağrıyan futbolçu tualetə getdi, meydana qayıtmadı

Tarix: 5 Oktyabr 2023 23:50

Çempionlar Liqasaının qrup mərhələsinin 2-ci turunda ötən gecə keçirilən "Portu" (Portuqaliya) - "Barselona" (İspaniya) matçı (0:1) zamanı qəribə hal yaşanıb. 

Milli.Az yenisabah.az-a istinadən xəbər verir ki, "Barselona"nın hücumçusu Lamin Yamal görüşdə komandasını 5 dəqiqədən çox stenoqrafiya ilə tərk edib. 

Qarşılaşma zamanı qarnında ağrı hiss edən futbolçu 71-ci dəqiqədə ayaqyoluna gedib. Forvard meydana qayıtmayıb və 80-də əvəzlənib. Onun əvəzinə meydana Markos Alonso çıxıb. 

Bundan əvvəl Yamalın Çempionlar Liqası tarixində start heyətində yer alan ən gənc futbolçu olduğu bildirilirdi. O, 16 yaş 83 günlüyündə ÇL matçı üçün start heyətdə yer alaraq nigeriyalı Selestin Babayaronun (16 yaş 86 gün) rekordunu qırıb. 

Qeyd edək ki, Yamal "Barselona"nın yetirməsidir. O, 2023-cü ildən əsas komandada çıxış edir. Futbolçunun klubla müqaviləsi 2026-cı ilə qədərdir. 

Milli.Az


Etiketlər:  Qarnı ağrıyan futbolçu tualetə getdi meydana qayıtmadı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ