Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Xankəndidə diz çökən Şahramanyan İrəvanda ilk bunu etdi

Xankəndidə diz çökən Şahramanyan İrəvanda ilk bunu etdi

Tarix: 6 Oktyabr 2023 09:48

Qarabağda özünü buraxan separatçıların sonuncu "başçısı" Azərbaycan ordusu qarşısında təslim olsa da, Ermənistana getdikdən sonra yenidən "baş qaldırmağa" başlayıb.

Sonxeber.net Publika.az-a istinadən xəbər verir ki, Azərbaycana qarşı cinayət törədən separatçı "liderlər" qandallanaraq, Bakıya gətirilsə də, Samvelin İrəvana gedə bildiyi haqda məlumatlar var. Mümkündür ki, təslim olan Şahramanyan "bağışlananlar siyahısına" daxil ola bilib.

Lakin əsas məsələ S.Şahramanyanın Ermənistanda hansı işlə məşğul olduğudur.

Ermənistan mediası Şahramanyanın artıq mövcud olmayan qondarma quruluşun İrəvandakı nümayəndəliyində başının dəstəsi ilə müzakirələr keçirdiyini yazır.

Şahramanyan iki məsələni prioritet elan edib və bununla bağlı "tapşırıqlar" verib. Bunlardan biri qandallanaraq, Bakıya gətirilən separatçı cinayətkarların azad edilməsi, digəri Qarabağdan Ermənistana qayıdan ermənilərin problemlərinin həll edilməsidir. Samvelin İrəvana gedən kimi bu addımı atması Azərbaycan ərazisində məhv edilən erməni separatizminin Ermənistanda yenidən davam etdiriləcəyinə işarədir. Bu cəhdlərin praktiki olaraq nəticə verməyəcəyi aydındır, lakin bölgəyə sülhün gəlməsi üçün erməni separatizminin ümumiyyətlə sıradan çıxarılması vacibdir. Bunu Ermənistan hakimiyyəti də düşünməlidir.


Etiketlər:  Xankəndidə çökən Şahramanyan İrəvanda bunu etdi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ