Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Vətən müharibəsində Şuşaya qədər gedib çıxan coğrafiya müəllimi - VİDEO

Vətən müharibəsində Şuşaya qədər gedib çıxan coğrafiya müəllimi - VİDEO

Tarix: 6 Oktyabr 2023 18:40

Oğuz rayonu, Xaçmaz kəndi... 26 avqust 1991-ci il... Kəndə hay düşür ki, Gültəkin müəllimənin oğlu dünyaya gəlib. Bu xəbəri eşidən hər kəs çox sevinir, çünki  illərlə  kənd camaatının balasına ikinci ana olmağı bacaran gənc bir müəllimə indi özü ana olmuşdu.

Milli.Az Xəzər TV-yə istinadən bildirir ki,övladına Rəvan adını verən ana, onu elə özünün davamçısı kimi yetişdirir. İllər ötür və balaca Rəvan böyüyüb qonşu kənd məktəbinin coğrafiya müəllimi olur.

Həyat elə gətirir ki, Rəvan sevdiyi xanımı da elə məktəbdə tapır və öz  həmkarı olan Pünhan adlı gənc bir müəllimə ilə ailə qurur.

Bununla da Lətifovlar soyadı altında bir ailənin 3 müəllimi -ana , oğul və gəlin  qonşu kənd məktəblərində müəllim  peşəsini laiqli şəkildə davam etdirirlər.  Ta ki, vətən oğullarını səsləyənədək. 44 günlük vətən müharibəsinin 2-ci günü Rəvan 7 illik qələmini silaha dəyişib, yollanır cəbhəyə. Vuruşur, böyütdüyü balaların bir daha müharibə görməməsi üçün düşmənə qan uddurur, yorulmur, usanmır,  bütün çətinliklərə sinə gərib düz Şuşaya kimi gedib çıxır. Coğrafiya müəllimi olan bu cavan oğlan Qarabağda yeni bir tarix yazır. 

İndi Rəvandan geriyə Ömür adlı bircə balası qalıb. Bir də  medalları, oxuduğu məktəbdə adına yaradılan guşə və şəkilləri...

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:

Milli.Az


Etiketlər:  Vətən müharibəsində Şuşaya qədər gedib çıxan coğrafiya müəllimi VİDEO


RƏYLƏR