Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Səudiyyə hidrogenlə işləyən qatarı sınaqdan keçirir

Səudiyyə hidrogenlə işləyən qatarı sınaqdan keçirir

Tarix: 8 Oktyabr 2023 19:46

Səudiyyə Ərəbistanı gələn həftə regionda bir ilkə imza ataraq, hidrogen yanacağı ilə işləyən qatarı sınaqdan keçirəcək.

Milli.Az axar.az-a istinadən bildirir ki, bunu Səudiyyə Ərəbistanının energetika naziri, şahzadə Əbdüləziz bin Salman əs-Səud Yaxın Şərq və Şimali Afrika ölkələri üçün Regional İqlim Həftəsinin açılışında çıxışı zamanı deyib.

"Biz etibarlı, şəffaf və uyğunlaşa bilən mexanizmimizi daxili bazara çıxaracağıq. Bu, Yaxın Şərqdə ilk hidrogen qatarı olacaq, sınaqları gələn həftə başlayacaq və bir neçə ay davam edəcək", - deyə nazir bildirib.

Hidrogen yanacağı ilə işləyəcək qatar atmosferə yalnız ekoloji cəhətdən təmiz su buxarı buraxacaq.

Milli.Az


Etiketlər:  Səudiyyə hidrogenlə işləyən qatarı sınaqdan keçirir


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ