Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 11 Oktyabr 2023 05:05
Məşhur müğənni Madonna sosial media hesabında İsraildə baş verənlərlə bağlı paylaşım edib.
Sonxeber.net axşam.az-a istinadən bildirir ki, ifaçı Fələstinin radikal "HƏMAS" hərəkatının hücumu fonunda İsraili dəstəklədiyini vurğulayıb.
"Bütün bu ailələrin, xüsusən də uşaqların küçələrdə təcavüzə, hücuma və öldürülməsinə baxmaq ürək ağrıdır. Təsəvvür edin, bu, sizin başınıza gəlir. İzaholunmazdır. Münaqişələri heç vaxt zorakılıqla həll etmək olmaz. Təəssüf ki, bəşəriyyət bu beynalxalq həqiqəti dərk etmir. Heç vaxt da anlamadı. Biz nifrətin məhv etdiyi bir dünyada yaşayırıq.
Ürəyim İsraillədir - dağılmış ailələr və evlərlə, itmiş uşaqlarla, öldürülmüş günahsız qurbanlarla.
Sənin üçün dua edirəm. Bilirəm ki, bu, "HƏMAS"ın işidir və Fələstində bu terror təşkilatını dəstəkləməyən çoxlu sayda günahsız insan var. Bu faciəvi hücum hər kəs üçün yalnız daha çox əzab yaradacaq.
Gəlin, hamımız dua edək. İsrail, sülh, dünya üçün" deyə, Madonna yazıb.