Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Barselona: “Messini qaytarmaq istəyirik”

Barselona: “Messini qaytarmaq istəyirik”

Tarix: 11 Oktyabr 2023 10:44

"Şərtlər uyğun olduğu anda Messini qaytarmaq istəyirik".

Milli.Az "report"a istinadən bildirir ki, bunu İspaniyanın "Barselona" klubunun vitse-prezidenti Eduard Romeu yerli mətbuata açıqlamasında deyib.

O bildirib ki, argentinalı ulduz futbolçu yenidən Kataloniya klubunun formasını geyinməyə layiqdir: "Biz Messinin dönüşünü həyata keçirməyi səbirsizliklə gözləyirik".

Qeyd edək ki, Lionel Messi yay fasiləsində ABŞ klubu "İnter Mayami" ilə 2025-ci ilin dekabrına qədər müqavilə bağlayıb.

Milli.Az


Etiketlər:  Barselona Messini qaytarmaq istəyirik


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ